Yazını böyüt
Yazını kiçilt
Əfqanıstan müvəqqəti hökumətinin sözçüsü Zəbihullah Mücahid yerli mətbuata BMT-nin Əfqanıstandakı Xüsusi Qiymətləndirmə Missiyası ilə bağlı fikirlərini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, Mücahid, Əfqanıstanla bağlı səylərini müsbət qiymətləndirdikləri BMT-nin Əfqanıstan Xüsusi Qiymətləndirmə Missiyasının koordinatoru, türkiyəli diplomat Feridun Sinirlioğlunun "problemləri həll etmək üçün Əfqanıstanın vəziyyətini dünyaya realist bir baxışla əks etdirdiyini" bildirib.
Sinirlioğlu 2023-cü ilin aprel ayında BMT-nin Əfqanıstan üzrə Xüsusi Qiymətləndirmə Missiyasının Koordinatoru vəzifəsinə təyin edilib. O, ölkədəki problemlərə həll yolları tapmaq üçün bir çox təşəbbüslər göstərib və dəfələrlə Əfqanıstana səfər edib.