Tapdığı 1,4 milyon rublu sahibinə qaytardı, konfet hədiyyə aldı

10:33 19.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Tomsk şəhərində gənc qadın şirniyyat sexində tapdığı pulla dolu bağlamanı sahibinə qaytarıb.

Hafta.az-ın yazdığına görə, yerli mətbuat xəbər verir ki, gənc qadın içində 1,4 milyon rubl (15 min dollar) olan bağlamanı əvvəlcə polisə göstərib. Xəbərə görə, şirniyyat evinin təhlükəsizlik kameraları araşdırıldıqdan sonra 65 yaşlı qadın müştərinin paketi unutduğu müəyyən edilib.

Bildirilir ki, pulla dolu bağlama geri qaytarıldıqdan sonra təqaüdçü paketi tapan gənc qadına şokoladlı konfet hədiyyə edib.

Hadisə ilə bağlı məlumat yayan “Novye İzvestiya” portalı ABŞ-ın İllinoys ştatında bir qadının həmin gün lotereyada 1,4 milyon dollar udduğunu yazır. Bildirilib ki, 5 uşaq anası lotereyada övladlarının ad gününün daxil olduğu nömrələrə davamlı olaraq mərc edir.

Portal xəbərin manşetinə hər iki qadının hekayələrinin təxminən eyni məbləğdə, lakin fərqli valyutalarda olduğunu qeyd edib.