Yazını böyüt
Yazını kiçilt
Gürcüstanda yaşayan bir qrup erməni Tbilisidə Avropa Birliyi(AB) nümayəndəliyi qarşısında etiraz aksiyası keçiriblər.
Hafta.az xəbər verir ki, Gürcüstan mediasının məlumatına görə, erməni icmasının 20-yə yaxın nümayəndəsi Azərbaycan ordusunun 192—20 sentyabrda cəmi bir sutkalıq əməliyyatından sonra ləğv edilmiş separatçı-terrorçu “artsax” rejiminə dəstək şüarları səsləndirib və sonra ərazini tərk ediblər. Aksiya iştirakçılarının əllərində Bakıda həbsdə olan separatçı erməni liderlərinin şəkilləri də olub.
Qeyd olunur ki, aksiya zamanı hər hansı insident baş verməyib.
Xatırladılır ki, bu gün AB nümayəndəliyi qarşısında Gürcüstanda yaşayan azərbaycanlıların da anti-erməni aksiyası keçirilib.