Misirin təchizat və daxili ticarət naziri Əli əl-Musilhinin parlamentdə aldığı sərt təzyiq, yeni səlahiyyət müddətinin başlamasına təxminən iki ay yarım qalmış Baş nazir Mustafa Medbulinin rəhbərlik etdiyi hazırkı hökumətə “bütövlükdə və ya qismən” təsir edəcək. Dekabrda altı illik müddətə yenidən seçilən prezident Əbdülfəttah əs-Sisi, kabinet dəyişikliyinin qaçılmaz olması ilə bağlı fərziyyələri gücləndirib.
Hafta.az-ın yazdığına görə, Sisi 2030-cu ilə qədər davam edəcək üçüncü prezidentlik müddətinə aprelin 3-də başlayacaq. Konstitusiya prezidenti konstitusiya andı içdikdən sonra hökuməti dəyişməyə məcbur etmir, lakin yeni prezidentlik müddətinin başlaması ilə hökumətdə dəyişiklik etmək və hökumət proqramını Nümayəndələr Palatasına təqdim etmək ənənə halını alıb.
Son zamanlar kabinet dəyişikliyinin yolda olduğu barədə xəbərlər getdikcə artır. Media mənbələrinə görə dəyişikliyin əhatə dairəsi ilə bağlı müxtəlif təxminlər var. Dəyişikliyin yalnız bir neçə naziri əhatə edəcəyi, yoxsa 2018-ci ilin iyun ayından hökumətə rəhbərlik edən Mustafa Medbuliyə şamil ediləcəyi məlum deyil.
Bu fərziyyələrə paralel olaraq, Misirin təchizat və daxili ticarət naziri Musilhi çərşənbə axşamı millət vəkillərinin qiymət artımı və bəzi strateji əhəmiyyət kəsb edən malların mövcud olmaması ilə bağlı sualları və məlumat tələbləri ilə üzləşib. Bəzi millət vəkilləri “son vaxtlar nazirlikdəkilərin, xüsusilə də nazir müşavirinin əsas ərzaq məhsullarının qiymətlərinə nəzarət edə bilməməsi, eləcə də korrupsiya halları” səbəbindən nazirin tutduğu vəzifədən “dərhal istefa verməsini” tələb ediblər.
Ədalət Partiyasının sədri Əbdülmunim İmamın "Misir xalqının yarısı aşağı maaşla işləyərkən ərzaq qiymətlərinin artması" tənqidi sosial mediada geniş dəstək alıb. İmam sessiyadakı çıxışında “Misir xalqının öz çörəkpulu qazanmaq üçün aclıq və yoxsulluq, hətta oğurluq arasında seçim etməyə məcbur olması qəbuledilməzdir. Üçüncü variant da var. İmam nitqini yerli ləhcə ilə davam etdirərək, “Buyurun, qapıya doğru get ki, çiyinlərinizin enini görək” deyib və bütün hökumətin istefa verməsinə işarə edib.
Nazir son üç ildə dünyada qiymətlərin artmasına səbəb olan Covid-19, Rusiya-Ukrayna müharibəsi, İsrailin Qəzzaya hücumu və Sudanda gedən vətəndaş müharibəsi kimi bir çox problemlərin olduğuna diqqət çəkərək Misirdəki iqtisadi böhranı normallaşdırmağa çalışdığını deyib.