Təhsil krediti ilə bağlı 2 min 899 nəfərin müraciəti rəsmiləşdirilib

11:58 07.04.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

2021-2022-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciət edən təhsilalanların 2 min 899 nəfərinin müraciəti rəsmiləşdirilib. Bu tələbələrin 2485–i bakalavr, 363-ü magistratura, 33-ü tam orta təhsil bazasında orta ixtisas təhsili, 18-i isə ümumi orta təhsil bazasında orta ixtisas təhsili alır.

Hafta.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil kreditlərinə dair hesabatı təqdim edərkən deyib.

Qeyd edək ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.