“Təhsil masası” adlı həftəlik brifinqlər keçiriləcək

22:45 05.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təhsil Nazirliyi "Təhsil masası" adlı həftəlik brifinqlər təşkil edəcək.

Nazirlikdən hafta.az-a bildirilib ki, məqsəd mediadan ünvanlanan sualların operativ cavablandırılması, həftə ərzində daha çox müraciət edilən məsələlərə aydınlıq gətirilməsidir.

İlk həftəlik brifinq aprelin 6-da saat 10:00-da nazirliyin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

“Təhsil masası”nın budəfəki mövzusu 2022-2023-cü tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı ilə bağlıdır.