Hindistan televiziyası son 10 ildə kəskin şəkildə dəyişib. Bunun əsas səbəbi şoulara Bollivudda populyarlıq qazanmış sənətçilərin aparıcılıq etməsidir.
Hafta.az-ın yazdığına görə, aktyorlar hostinq təkliflərini qəbul etməyə hazırdırlar ki, bu da onlar üçün yaxşı gəlir əldə etmək və məşhurluq səviyyəsini artırmaq imkanıdır. Bu gün teleaparıcılıq karyerası üçün rekord qonorar qazanan Bollivud aktyorları haqqında danışacağıq.
Salman Xan
Salman Xan Hindistanın ən “bahalı” teleaparıcısıdır. İstənilən film çəkmək və ya hiti göstərmək üçün təkcə məşhur ad kifayətdir. Elə buna görə də teleşou müəllifləri aktyora tələb etdiyi məbləği ödəməyə hazırdırlar. Sənətçi "Katta Boss" şousunda iştirakına görə 1,1 milyon dollar qonorar alıb. Bu il aktyora bu şounun hər bölümü üçün 1,4 milyon dollar ödənilir. “Big Boss” verilişinin məşhurlaşmasında əsas rolu Salman Xan oynayıb. Onun şouda iştirakı pərəstişkarları üçün həmişə maraqlı olub. Aktyor verilişdəki münaqişələri məharətlə həll edir, müsabiqə iştirakçılarına dəyərli məsləhətlər verir və həftəsonu iştirakçıların nalayiq davranışlarını bir-bir sadalayır.
Amitabh Baççan
Hindistanlıların sevərək izlədiyi ən məşhur şoulardan biri olan Kaun Banega Crorepati Sony TV-də yayımlanır və onun məşhurluğunun arxasında duran şəxs Amitabh Baççandır. Aktyorun səyləri sayəsində şou ölkədə böyük populyarlıq qazandı. Sənətçi adi insanlarla ünsiyyət qurur və istər-istəməz onları tamaşada iştiraka həvəsləndirir. Amitabh Baççan şounun bir epizodu üçün 500 min dollar alır. Deyilənə görə, bu şounun populyarlığını cənab Baççan qədər heç kim “tuta bilməz”.
Şahruh Xan
Bollivud kralı bu günə qədər bir çox böyük televiziya şoularına ev sahibliyi edib. Onların arasında “Paançvi Pass Se Tej Hai”, “Kaun”, “Banega Crorepati”, “Zor Ka Jhatka” kimi məşhur layihələr var. Bununla belə, aktyor keçən il “Ted Talks İndia” şousunda iştirakına görə ən yüksək aparıcı qonorarı alıb. Yaradıcıya hər epizod üçün 300 min dollar ödənilib.
Amir Xan
Əsası Amir Xan tərəfindən qoyulan “Satyamev Jayate” tok-şousu televiziyada real həyat hekayələrini ictimaiyyətə təqdim etmək və cəmiyyətdə zorakılığa qarşı mübarizə məsələsini işıqlandırmaqla məşğuldur. Məlumatlara görə, Amir Xana şounun hər bölümü üçün 300 min dollar ödənilib və onu hitə çevirib.
Akşay Kumar
Uzun müddətdir ki, pərəstişkarları Akşay Kumarı ekranlarda televiziya aparıcısı kimi görmürlər. Yaradıcılıq karyerası ərzində o, “Master Chief India”, “Hatron Ke Hiladi” şoularının aparıcısı olub. Məlumdur ki, yaradıcı bu şouların hər epizoduna görə 150 min dollar alır. Təəssüf ki, Akşay Hindistanın ən məşhur aktyorlarından biri olmasına baxmayaraq, bu verilişlər hit səviyyəsinə yüksələ bilmədi.