Tələbə kredit alanların statistikası açıqlanıb

16:31 16.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən bu günə qədər Təhsil Tələbə Krediti almaq üçün müraciətlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan hafta.az-a verilən məlumata görə, tələbə krediti üçün ümumilikdə 54065 nəfər müraciət edilib.

Onlardan 41268 nəfərə kredit verilib. 14231 nəfərə sosial, 27037 nəfərə isə standart kreditin verilməsi rəsmiləşdirilib.

Bildirilib ki, müraciətlərin 917-si natamam olub, 10267 müraciətə isə imtina verilib.