Tələbə krediti alanların 90 faizi Azərbaycan bölməsinin tələbəsidir

12:17 07.04.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

2021-2022-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti alanların 90 faizindən çoxu Azərbaycan bölməsində oxuyur. Belə ki, təhsil tələbə krediti almaq üçün müraciəti rəsmiləşdirilən 2 min 899 təhsilalanın 2 min 683-ü Azərbaycan, 136-sı rus, 125-i isə ingilis bölməsində təhsil alır.

Hafta.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil kreditlərinə dair hesabatı təqdim edərkən deyib.

Xatırladaq ki, 2021-2022-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti ilə bağlı müraciətlərin qəbuluna 2021-ci il noyabrın 25-də başlanılıb. 2022-ci il fevralın 15-də payız semestri üzrə kreditlərin verilməsi yekunlaşdırılıb. Fevralın 16-dan isə 2021-2022-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti ilə bağlı müraciətlərin qəbuluna start verilib.