Tələbələr dəm qazından zəhərləndi

09:21 11.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Hafta.az xəbərverir ki, 2000-ci il təvəllüdlü N.Əhmədova və 1999-cu il təvəllüdlü G.Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstələrə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onların tələbə olduğu bildirilir.