Yazını böyüt
Yazını kiçilt
Türkiyədə televiziya aparıcısı Ela Rümeysa Cebeci həbs edilib.
Hafta.az türk mətbuatına istinadən xəbər verir ki, həbs narkotiklərlə mübarizə çərçivəsində aparılan istintaq nəticəsində baş verib.
Cebecinin test nəticəsi müsbət çıxıb. Məhkəmə ifadəsi alınan xanım aparıcı "narkotik maddə istifadəsini asanlaşdırma" ittihamı ilə həbs edilib.
Lakin o, test nəticəsinin səhv olduğunu iddia edib və bildirib ki, həyatı boyu narkotik maddədən istifadə etməyib.