“Təmas xəttindən kənarda olan xəritələr təcili verilməlidir” - Hafiz Səfixanov

14:09 12.02.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bizi narahat edən məsələ təmas xətti ilə bağlı mina xəritələri deyil, keçmiş təmas xəttindən kənarda olan xəritələrin verilməsidir. Bəllidir ki, təmas xəttindən kənarda minaya düşən insanlarımız oldu. 2020-ci ildən sonra Tərtər, Goranboy, Kəlbəcərin bəzi ərazilərinin xəritələri verilməyib. Həmin ərazilərin xəritələri təcili Azərbaycana təqdim edilməlidir”.

Bunu hafta.az-a Ermənistanın işğaldan azad olunmuş ərazilərində mövcud olan mina sahələrinə dair 8 ədəd formulyarı Azərbaycan tərəfinə təqdim etməsi ilə bağlı açıqlamasında Hafiz Səfixanov bildirib.

H.Səfixanov bildirilib ki, təqdim olunan formulyarlar əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir.

“Amma rəsmi məlumatlara əsasən əvvəl olduğu kimi son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub”.