Terrorla mübarizədə Türkiyənin yanındayıq - Azərbaycan XİN

09:55 24.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Pençe-Kilit” əməliyyatında terrorçuların zərərsizləşdirilməsi zamanı qardaş Türkiyənin çox sayda şəhid verməsi xəbəri bizi dərindən sarsıtdı.

Hafta.az-ın məlumatına görə, bu barədə Azərbayacan Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edib.

"Şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Hər zaman olduğu kimi, terrorla mübarizədə də Türkiyənin yanındayıq", - deyə qeyd olunub.