Tərtərdə xeyli sursat aşkarlanıb

13:36 01.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tərtər rayonunda xeyli sayda sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları xidmətdə olan zaman rayonun Təpəkənd kəndi ərazisindən 25 mindən çox müxtəlif çaplı patronlar və 33 müxtəlif növ mərmilər aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Oxunma sayı 67