Texasda yük vaqonunda meyit tapılıb

08:30 11.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Texas ştatının Laredo şəhərində yerləşən dəmiryolu stansiyasında yük vaqonunda 6 nəfərin meyiti aşkarlanıb.

Hafta.az xəbər verir ki, bu barədə “The New York Times“ qəzeti məlumat yayıb.

Məlumata görə, ölən şəxslərin kimliyi və ölüm səbəbi hələ müəyyən edilməyib. Polis araşdırma aparır.