Tokioda yağan güclü qar nəticəsində 240 nəfər xəsarət alıb

10:04 08.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yaponiyada yağan güclü qar paytaxt Tokioda və Kanaqava, Saitama və Çiba kimi ətraf bölgələrdə əyata mənfi təsir göstərib.

Hafta.az-ın yazdığına görə, piyadaların yeriməkdə çətinlik çəkdiyi Tokioda yaşları 4 ilə 92 arasında olan 140 nəfər müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Paytaxtın şimal-qərbində yerləşən Sayamada 70, cənub-şərqindəki Kanaqavada isə 30 nəfər yaralanıb.

Qarın təsirli olduğu və buzlaşmanın baş verdiyi Tomei və Metropoliten magistrallarında nəqliyyatın hərəkəti dayandırılıb.

Tokio da daxil olmaqla şərq sahili əyalətlərində 14 mindən çox evdə elektrik enerjisinin müvəqqəti kəsilməsi baş verib.

All Nippon Airways (ANA) və Japan Airlines (JAL) şirkətlərinə məxsus Tokioda havaya qalxan və enən 30-a yaxın daxili reys ləğv edilib.

Şərqi Yaponiya Dəmiryolu şirkətinə aid bəzi qatar xidmətləri müvəqqəti olaraq dayandırılsa da, bəzi xidmətlərin təxminən 10 saat gecikdiyi bildirilib. Qeyd olunub ki, 600-ə yaxın sərnişin vaqonlarda gecələyib, qatarlarda müvəqqəti dayanacaqlar ümumilikdə 190 minə yaxın sərnişinə mənfi təsir edib.

JMA Tokioda qarın qalınlığının 8 santimetrə çatdığını açıqlayıb. Agentliyin məlumatına görə, paytaxt Tokioda qarın qalınlığı sonuncu dəfə 2022-ci ilin fevralında 1 santimetr olub.