Tovuzda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

22:56 03.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az bildirir ki, hadisə rayonun Dönük Qırıqlı kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2106” markalı avtomobil ilə “Mitsubishi Pajero” markalı minik maşınları toqquşub. Qəza zamanı 1 nəfər hadisə yerində həyatını itirib, xəsarət alan var.

Faktla bağlı araşdırma aparılır.