Tovuzda minik maşını aşıb

13:49 17.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az bildirir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Hərəkətdə olan VAZ markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza zamanı avtomobildə 2 nəfər olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.