Tovuzda ov edən şəxs səhvən özünü öldürdü

15:19 21.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuzda kişi səhvən özünü güllələyib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Tovuz rayonu Böyük Qışlaq kənd sakini, 1997-ci il təvəllüdlü Turan Rüstəmovun oktyabrın 20-də həmkəndliləri ilə ovda olarkən əlindəki ov tüfəngindən ehtiyatsızlıqdan atəş açılması nəticəsində xəsarət alaraq ölməsi faktı ilə bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.