Tramp Putinlə əla münasibətlərindən danışıb

19:43 16.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə əla münasibətlərinin olduğunu bildirib. Siyasətçinin Ayova ştatında Respublikaçılar Partiyasının praymerizlərində qalib gəldikdən sonra çıxışının videosunu Bloomberg Youtube-da dərc edib.

“Mənim Putinlə gözəl münasibətim var, biz çox yaxşı anlaşırıq. Bu da yaxşıdır, pis deyil”, - deyə keçmiş prezident bildirib.

Tramp qeyd edib ki, o, heç vaxt Ukrayna münaqişəsinin başlamasına imkan verməzdi və 2024-cü ildə ABŞ-da prezident seçkilərində qələbə qazandıqdan sonra onun tezliklə başa çatmasına töhfə verə bilər. “Mən prezident Putini çox yaxşı tanıyıram, Zelenskini çox yaxşı tanıyıram, onları əldə edə bilərəm, biz bunu çox tez həll edəcəyik”, o vurğulayıb.