"The New York Times" qəzetinin "Trampın baxışı: bir dünya, üç güc?" başlıqlı məqaləsində deyilir ki, prezident Trampın son hərəkətləri və açıqlamaları onun ABŞ, Çin və Rusiyanın hər birinin öz təsir sahələrində dominant olacağı bir dünya nizamını hədəflədiyini göstərir.
Hafta.az-ın yazdığına görə, Edvard Vonqun geniş əhatəli məqaləsində deyilir: "Prezident Trampın son hərəkətləri və bəyanatları göstərir ki, o, ABŞ, Çin və Rusiyanın hər birinin öz təsir dairələrində hökmranlıq etdiyi bir dünya nizamı nəzərdə tutur. Prezident Tramp və müşavirləri Amerikanın Arktikadan Cənubi Amerikadakı Pataqoniyaya təsirini artırmağa çalışırlar. Keçən həftə Tramp bəyan etdi ki, o, Rusiya ilə münasibətləri normallaşdırmaq üçün müharibəyə son qoymaq istəyir. O, həmçinin Çin liderini qlobal ticarət müharibəsinin təsirlərini məhdudlaşdırmağa çağırır: “Biz hamımız sövdələşmələr etmək istəyirik, amma mən böyük bir mağaza kimiyəm. Bu, böyük bir böyük mağazadır və hamı orada alış-veriş etmək istəyir”, - Tramp “Time” jurnalına müsahibəsində deyib.
“New York Times”ın təhlilinə görə, Tramp daha böyük hədəf güdür: ABŞ, Çin və Rusiyanın hər birinin öz qlobal regionlarında hökmranlıq etməsini. Xarici siyasət analitikləri deyirlər ki, bu, 19-cu əsr tərzində imperiya nizamının yeni üslubu ola bilər. Trampın Qrenlandiyanı Danimarkadan qoparmaq, Kanadanı ilhaq etmək və Panama kanalı üzərində Vaşinqonun nəzarətini bərpa etmək istəməsi onun Qərb yarımkürəsindəki üstünlüyünü gücləndirmək məqsədini ortaya qoyur.