Tramp yaxın həftələrdə ABŞ-ın Meksika ilə sərhədinə getməyi planlaşdırır

10:20 28.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yaxın həftələrdə ABŞ-ın Meksika ilə sərhədinə getməyi planlaşdırır. D.Tramp ölkə başçı olan müddətində burada hasar çəkməyə başlamışdı.

 "Fox News" telekanalına verdiyi müsahibəsində ABŞ-ın keçmiş prezidenti bildirib ki, "sərhəd səfərini lazımlı hesab etmir", lakin "sərhədçilər və ABŞ immiqrasiya və gömrük polisi xatirinə" bunu etməyə hazır olacaq.

Onun sözlərinə görə, səfər "yaxın bir neçə həftə ərzində" baş tuta bilər.