Trampa qarşı sui-qəsd cəhdində onu ittiham edirlər

08:17 28.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda Hilton otelində təşkil olunan şam yeməyinə hücum etməkdə şübhəli bilinən Kol Tomas Allen Prezident Donald Trampa qarşı sui-qəsd cəhdində ittiham olunub.

Hafta.az xəbər verir ki, o, Vaşinqtondakı federal məhkəmə qarşısına çıxarılıb. Hakim Metyu Şarbo 3 maddə üzrə ittiham elan edib.

O, zorakılıq cinayəti zamanı odlu silahdan istifadə, ağır cinayət törətmək niyyəti ilə ştatlararası ticarətdə odlu silah daşıma və ABŞ Prezidentinə sui-qəsd cəhdi maddələri üzrə mühakimə olunacaq.

Allen məhkəmədən onun üçün vəkil təyin etməsini istəyib.

Növbəti məhkəmə prosesi aprelin 30-a təyin olunub.