Trampın gələn həftə üçün Çinə səfəri qüvvədədir

09:30 08.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp gələn həftə Çinə səfərinin hələ də qüvvədə olduğunu açıqlayıb.

Hafta.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında deyib:

“Sədr Si Cinpin ilə görüşəcəyik. Düşünürəm ki, bu, olduqca möhtəşəm olacaq. O, mənim dostum olub. İllərdir onunla çox yaxşı yola getmişəm”.

Qeyd edək ki, Trampın Çinə səfər mayın 14-15-nə nəzərdə tutulub.