Məlumolduğu kimi, ABŞ prezidenti Donald Trampın aprelin 3-də elan etdiyi gömrük rüsumları şənbə günü qüvvəyə minib. Trampın aldığı bu qərarla ABŞ-ın bir çox ticarət tərəfdaşından idxal edilən mallara 10-50 faiz arasında tariflər tətbiq edilməyə başlandı.
Hafta.az-ın yazdığına görə, Türkiyə, Böyük Britaniya, Braziliya, Avstraliya, Azərbaycan, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Yeni Zelandiya, Misir və Səudiyyə Ərəbistanı da daxil olmaqla bəzi ölkələrə 10 faizlik gömrük rüsumunun tətbiq ediləcəyi açıqlanıb. Cənubi Afrikaya 30 faiz, Çinə 34 faiz, Yaponiyaya 24 faiz, Cənubi Koreyaya 25 faiz, Tailanda 36 faiz, Vyetnama 46 faiz, İsveçrəyə 31 faiz və sair gömrük rüsumları tətbiq olunacaq.
Trampın bu qərarı bazarlarda öz əksini tapıb. Birjada ciddi enişlər olub, kriptovalyutalar dəyərini itirib, qızıl isə rekord həddən geri çəkilərək ucuzlaşıb. Bəs Trampın qərarını və onun bazarlara təsirini necə şərh etməliyik? Maliyyə Bazarları analitiki İris Cibrə mövzu ilə bağlı fikirlərini bölüşüb.
Trampın qərarı ilə bütün birjalarda kəskin satışlar olduğunu ifadə edən Cibrə, "Sənaye mallarında da satışlar oldu. Bunun müqabilində ABŞ istiqrazlarında alışlar görüldü. Bunların ən böyük səbəbi gözlənilən qlobal yavaşlamadır" deyib.
Cibrə, "Qlobal sistem dəyişir. Reaksiya sərt oldu, çünki bu, kəşf edilməmiş haldır. Ancaq bunun nə qədər davam edəcəyini təxmin etmək çətindir" deyə bildirib.
“Yavaşlayan qiymətlər səbəbiylə marja çağırışları da aktivlərin azalması ilə gəldi” deyən Cibrə, qızıldakı inkişaflardan da danışıb. O, "Belə hallarda, girovun tamamlanması üçün qızıl satışı məlum bir tənlikdir" deyib.
"Məncə, ABŞ-ın hədəfi Çindir" deyən Cibrə əlavə edib: "Çinin qlobal ticarətdəki payı sürətlə artarkən, ABŞ-ın payı sürətlə azalırdı. Bundan əlavə, borclar dayanıqsız hala gəlirdi. Tariflərlə qlobal ticarət modelini dəyişdirərkən, istiqraz faizlərinin aşağı düşməsinə də çalışırlar. Bizim qarşımızda görünən odur ki, Çin və digər Asiya ölkələri ABŞ-a satdıqları artıq hasilatı başqa ölkələrə satmağa çalışacaqlar. Bu, daxili bazarlarını qorumağa çalışan ölkələrin yeni tariflər elan etməsinə səbəb ola bilər. Ona görə də dost və qonşu ölkə ticarəti anlayışı daha da güclənəcək. Bu baxımdan geosiyasi əlaqələr əhəmiyyət kəsb edir”.