Trampın qlobal 10 faiz tarifləri qanunsuzdur

08:20 08.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-də federal məhkəmə Prezident Donald Trampın dünya ölkələri üçün tətbiq etdiyi 10 faiz tariflərinin qanunsuz olduğuna dair qərar çıxarıb.

Hafta.az xəbər verir ki, Beynəlxalq Ticarət Məhkəməsinin hakimlər heyəti 2-1 səslə verdiyi qərarında Tramp administrasiyasının genişmiqyaslı tarifləri əsaslandırmaq üçün irəli sürdüyü qanunu əsassız sayıb.