Trampın yalanı

11:26 08.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran İslam Respublikası Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Behnam Səidi ölkədən uranın çıxarılmasını təkzib edib.

Hafta.az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb. 

Səidi mayın 7-də ABŞ prezidenti Donald Trampın ölkədən uranın çıxarılması ilə bağlı açıqlamasını yalanlayıb:

"Trampın İrandan 400 kq uranın çıxarılması ilə bağlı açıqlaması siyasi blef və təmiz yalandır".

O, əlavə edib ki, zənginləşdirmə hüququ müzakirə mövzusu deyil.