Tranzit yükdaşımaların həcmi artıb

13:16 19.11.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Nəqliyyat dəhlizləri üzrə ölkənin mövcud infrastrukturunun son illərdə yaxşılaşdırılması, Ələt Dəniz Ticarət Limanının yükaşırma potensialının artırılması hesabına tranzit yükddaşımalarının (boru kəməri ilə daşımalar istisna olmaqla) həcmi 2019-cu illə müqayisədə 2024-cü ildə 2.5 dəfə artaraq 14.5 milyon ton təşkil edib".

Hafta.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində icrasına başlanılmış layihə texnologiya transferi baxımından mühüm əhəmiyyət kəsb edir:

"Dövlət-özəl tərəfdaşlığı çərçivəsində icrasına başlanılmış Xəzər dənizinin suyunun duzsuzlaşdırılması ilə bağlı 407 milyon ABŞ dolları dəyərində layihə ölkənin su təhlükəsizliyi, texnologiya transferi və xarici investisiyalar baxımından mühüm addımdır".