Turistləri daşıyan mikroavtobus aşıb: yaralılar var

17:05 27.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qusar-Şahdağ yolunda yol-nəqliyyat hadisəsi baş verib. 

Hafta.az bildirir ki, turistləri daşıyan mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan 5 nəfər Pakistan vətəndaşıdır.

Hadisə yerinə tibbi yardım və yol polisi əməkdaşları cəlb olunub.