Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndələri Ağdamda səfərdədir

16:00 11.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin 10-cu görüşünün iştirakçılarının işğaldan azad olunan Ağdama səfəri başlayıb.

Hafta.az xəbər verir ki, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstandan olan nümayəndələri Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

Səfər iştirakçıları ilk olaraq Qarabağ Xanlarının türbələri və yaşayış evlərini (İmarət) ziyarət ediblər. Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqlara məlumat verərək bildirib ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir.

Daha sonra erməni vəhşiliyinin qurbanı olmuş digər türbələr və Natəvanın dağıdılmış məzarı göstərilib, Çörək muzeyi ziyarət olunub.

Qonaqların Ağdam şəhər Cümə məscidinə, Dram Teatrına və erməni vandalizminə məruz qalmış digər yerlərə baş çəkmələri də nəzərdə tutulub.

Oxunma sayı 21