Türkiyə ordusu Qarabağda daha geniş təmsil olunmalıdır - Sərdar Cəlaloğlu

17:20 15.11.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

«Bu insidentlərin arxasında ikinci Qarabağ savaşında məğlub olan Ermənistanın hazırkı hakimiyyətinin kapitulyasiya aktı ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən yayınma, sərhədlərin müəyyənləşməsi, delimitasiya və demarkasiya prosesinin başlanması, Laçın dəhlizinə uyğun olaraq Zəngəzur dəhlizinin açılması, ərazi bütövlüyümüzün tanınması, sülhməramlıların nəzarət etdiyi ərazilərdən qanunsuz erməni silahlı qüvvələrinin, terrorçu dəstələrin dərhal çıxarılması kimi məslələrdən geri çəkilmə faktı durur”.

Bunu hafta.az-a ADP sədri Sərdar Cəlaloğlu son günlər Qrabağda ermənilərin təxribatlar törətməsi, terror cəhdləri, rus sülhməramlılarının bu təxribatlara qarşı heç bir ciddi tədbir görməməsi ilə bağlı yaranmış reallığa əsasən açıqlamasında bildirib.

Partiya sədri bildirib ki, dövlətimizin razılığı olmadan ərazilərimizdə kilsələr tikilir, tanınmış rus xadimlərinə anıt qəbri ucaldılılır. Eyni zamanda qeyd edib ki, Xocalıda qətliamlar edən erməni cəlladlarının uşaqlarlarının rus əsgərinə sığınan heykəl qoyması ilə bağlı məsələlər Azərbaycan hüquqlarının pozulmasıdır.

A.Cəlaloğlu bildirib ki, ermənilərin törətdiyi bu təxribat və terror aktları bir il əvvəl əldə edilən razılaşmanın müddəalarına ziddir. Bu, regionda yenidən müharibə alovunun qızışmasına, sülhün, təhlükəszliyin pozulmasına xidmət edir.

“Biz hakimiyyəti bu təxribatların qarşısını almaq üçün ən ciddi addımlar atmağa, öz sülh missiyasını yerinə yetirmək istəməyən rus sülhməramlılarının ərazilərimizdən dərhal çıxarılması üçün müvafiq tədbirlər görməyə, qardaş Türkiyənin ordu hissələrinin daha geniş miqyasda Qarabağ ərazisində yer alması üçün hərəkətə keçməyə çağırırıq”.