Türkiyə Səyyahlar Klubunun üzvləri Ağdamda erməni vandalizmi ilə tanış olurlar

19:00 29.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik üzvünün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.

Hafta.az AZƏRTAC-a istinadən xəbər verir ki, beynəlxalq səyahətçilər Şuşa şəhərindən sonra Ağdama gəliblər. Onlar səfər zamanı Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olurlar.

Qeyd edək ki, beynəlxalq səyahətçilərin səfəri işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır.

Ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomanmania) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfər edilib. Bu səfərlərdə ümumilikdə 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub.