“Türkiyə və Belarus uzun tarixə malik strateji müttəfiqlərdir” - Lukaşenko

09:15 16.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Belarusa yeni təyin edilən səfiri Güçlü Cem İşık etimadnaməni prezident Aleksandr Lukaşenkoya təqdim edib.

Hafta.az-ın yazdığına görə, Lukaşenko görüşdə çıxışında Ankara ilə əlaqələrin əhəmiyyətinə diqqət çəkərək, "Türkiyə və Belarus uzun tarixə malik strateji müttəfiqlərdir. Milli maraqların prioritetləri, milli təhlükəsizliyin təmin edilməsi, ənənəvi ailə dəyərlərinə verilən önəm, tarixi dəyərlərin qorunması və daha çox nüans Minsk ilə Ankaranı birləşdirir" deyib.

Prezident Lukaşenko Türkiyədən hər iki dövlətin maraqlarına uyğun təkliflər və təşəbbüslər gözlədiklərini də əlavə edib.