Türkiyədə 19 mindən çox yoluxma halı qeydə alınıb

11:50 19.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 123 nəfər vəfat edib.

Hafta.az-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 312 117 nəfər test edilib, 19 126 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 20 274 nəfər sağalıb.