Türkiyədə baş verən torpaq sürüşməsi nəticəsində 7 bina boşaldılıb

22:32 25.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Bursa vilayətində torpaq sürüşməsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə nəticəsində çökmə ehtimalına qarşı yeddi binanın sakinləri təxliyə ediliblər. 60 ailə təhlükəsiz bölgəyə köçürülüb. Hadisə nəticəsibdə binalar üçüncü mərtəbəyə qədər torpaq altında qalıb.

Bölgəyə çox sayda Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb edilib.