Yazını böyüt
Yazını kiçilt
Türkiyədə ötən gün baş tutan bələdiyyə seçkilərində istifadə olunan bülletenlərin, demək olar ki, hamısı sayılıb.
Hafta.az.xəbər verir ki, ilkin nəticələrə görə CHP 37.74 faiz səslə seçkilərin qalibidir.
Hakim AK partiya 35.49 faiz səslə seçkilərdə ikinci yeri tutub.
Səsvermənin sürpriz partiyası isə Yenidən Rifah Partiyası olub. İslamçı siyasi qüvvələr 6 faizdən çox səs toplayaraq üçüncü yeri tutub.
DEM partiya 5.68 faiz, MHPZ 4.98 faiz, İYİ partiya 3.77 faiz, digər partiyalar ümumilikdə 5.9 faiz səs qazanıb.