Yazını böyüt
Yazını kiçilt
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 192 nəfər ölüb.
Hafta.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün twitter səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bu günkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 356 254 nəfərin test edildiyi, 20 874 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 29 883 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.