Türkiyədə böyük əməliyyat: 2368 nəfər saxlanıldı

10:32 19.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında “silah qaçaqmalçılığı” və “lisenziyasız silah gəzdirmə” cinayətlərinin qarşısının alınması istiqamətində iş aparıldığını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Yerlikaya bildirib ki, son 4 gündə İstanbul, Ankara və İzmir də daxil olmaqla 74 vilayətdə sənədsiz silah daşıyanlara və silah qaçaqmalçılarına qarşı Vilayət Jandarm Komandanlıqları və Vilayət Təhlükəsizlik Müdirləri tərəfindən əməliyyat keçirilib. Axtarışlar zamanı 2368 şübhəli saxlanılarkən, 1284 sənədsiz tapança, 37 uzunlüləli tüfəng və 170 sənədsiz ov tüfəngi götürülüb.

Bəzi şəhərlərdə ələ keçirilən sənədsiz silahlar və saxlanılanların sayı belədir:

İstanbulda 266 tapança və 3 uzunlüləli tüfəng ələ keçirilib, 402 şübhəli şəxs saxlanılıb.

Adanada 142 tapança və uzun lüləli tüfəng götürülüb, 180 şübhəli şəxs saxlanılıb.

Konyada 76 tapança və 2 uzunlüləli tüfəng ələ keçirilib, 85 nəfər saxlanılıb.

İzmirdə 64 tapança və 1 uzunlüləli tüfəng ələ keçirilib, 130 şübhəli şəxs saxlanılıb.

Ankarada 60 tapança ələ keçirilib, 100 şübhəli şəxs saxlanılıb.

Mersində 52 tapança və 1 uzunlüləli tüfəng ələ keçirilib, 90 şübhəli şəxs saxlanılıb.

Osmaniyedə 43 tapança ələ keçirilib, 12 şübhəli şəxs saxlanılıb.

Şanlıurfada 39 tapança ələ keçirilib, 59 şübhəli şəxs saxlanılıb.