Türkiyədə COVID-19-dan 68 nəfər ölüb

22:57 25.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son sutkada yeni növ koronavirusa yoluxan (COVID-19) 68 nəfər ölüb.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda COVID-19 infeksiyası ilə əlaqədar 286 min 140 nəfərin test edildiyi, 15 min 303 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 18 min 965 nəfərin isə bu xəstəlikdən sağaldığı qeyd olunur.