Türkiyədə daha 56 koronavirus xəstəsi vəfat edib

22:52 31.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 56 nəfər ölüb.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 272 min 196 nəfərin test edildiyi, 14 min 336 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 16 min 435 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.