Türkiyədə evdən çıxmaq qadağası qüvvəyə mindi

21:48 21.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma və gündəlik ölüm sayında sürətli artım davam etməkdədir.

 

Hafta.az xəbər verir ki, hökumətin ölümcül pandemiyanın yayılma riskini azaltmaq məqsədilə tətbiq etdiyi sərt qadağalar noyabrın 21-dən qüvvəyə minib. Məhdudiyyətlərin bir qismi şənbə və bazar günlərini əhatə edəcək.

 

Bu gün Türkiyə vaxtı ilə saat 20.00-da başlanan evdən çıxmaq qadağası sabah saat 10.00-a qədər qüvvədədir. Eyni qadağa bazar günü də göstərilən saat intervalında tətbiq olunacaq.

 

Qeyd edək ki, bu gün Türkiyədə rekord sayda - 5332 nəfərdə koronavirus aşkarlanıb, xəstəlikdən 135 nəfər vəfat edib.