Türkiyədə güclü qasırğa, ciddi fəsadlar var

21:15 15.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Çorum vilayətinin Süngürlü rayonunda güclü qasırğa baş verib.

Hafta.az-ın xəbərinə görə, təbii fəlakət evlərin damlarını uçurub, ağacları kökündən qoparıb və binalara ciddi ziyan vurub.

İlkin məlumata görə, 5 nəfər xəsarət alıb.

Çorum valisi Əli Çalğan fəlakətin nəticələrinə baxış keçirərkən bildirib ki, Oayca kəndində vəziyyət xüsusilə ağırdır. Binaların təxminən 80 faizi yaşayış üçün yararsız hala düşüb.