Türkiyədə koronavirusdan 18 nəfər ölüb

23:24 15.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 18 nəfər ölüb.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 171 min 946 nəfərin test edildiyi, 4 min 425 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 14 min 493 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.