Türkiyədə koronavirusla bağlı son vəziyyət

23:00 14.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 181 nəfər dünyasını dəyişib.

 

Hafta.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Nazirliyin məlumatında COVID-19 infeksiyası ilə əlaqədar 358 117 nəfərin test edildiyi, 21 477 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 24 042 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

 

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 121 935 289 peyvənd tətbiq edilib ki, bunun 91,14 faizi birinci, 82,17 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.