Türkiyədə pandemiya dövründə kəsilən cərimələr geri qaytarılacaq

11:17 01.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası dövründə maska ​​taxmadığına və komendant saatını pozduğuna görə Türkiyədə 1 milyon 388 min 865 nəfər cərimələnib.

Hafta.az-ın yazdığına görə, ümumi cərimə 3 milyard lirə olub. Hər dörd nəfərdən biri isə cəriməsini ödəyib.

Məlumata əsasən, 1 milyon 67 min 485 nəfərin ödəmədiyi 2,7 milyard lirəlik cərimə qanun çərçivəsində silinib.

Konstitusiya Məhkəməsi ödənilmiş cərimələrin geri qaytarılmaması ilə bağlı müddəanı ləğv edib. Bu çərçivədə epidemiya dövründə 321 min adamın ödədiyi 309 milyon lirə cərimə sahiblərinə geri qaytarılacaq.

Xatırladaq ki, Türkiyədə pandemiya zamanı - 11 mart 2020-ci il və 9 noyabr 2022-ci il tarixləri arasında maskadan istifadə etməməyə və komendant saatını pozmağa görə cəza tətbiq edilib.