TÜİK 2024-cü ilin avqust ayı üçün mənzil satışlarının statistikasını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, ənəbilərə ev satışları avqust ayında əvvəlki ilin eyni ayına görə yüzdə 26,2 azalaraq 2257-yə enib. Əcnəbilərə mənzil satışı yanvar-avqust dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 40 faiz zalaraq 15068-ə düşüb.
Digər tərəfdən, avqust ayında xaricilərə mənzil satışının ümumi mənzil satışlarında payı 1,7 faiz olub.
Əcnəbilərə ev satışının ən çox olduğu vilayətlər sırasıyla 838-lə İstanbul, 696 ilə Antalya və 174-lə Mersin olub.
Avqust ayında ən çox mənzil Rusiya (381), İran (171) və Ukrayna (161) vətəndaşlarına satılıb.
Ümumiyyətlə, Türkiyədən ev alan xarici ölkə vətəndaşlarının ölkələr üzrə siyahısının ilk onluğu belədir: ABŞ 61 ev, Səudiyyə Ərəbistanı 72 ev, Küveyt 75 ev, Azərbaycan 90 ev, Qazaxıstan 98 ev, İraq 136 ev, Almaniya 139 ev, Ukrayna 161 ev, İran 171 ev, Rusiya 381 ev.