Türkiyədən sonuncu sanksiya siyahısına düşən şirkətlər

09:44 26.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, ABŞ Ticarət Nazirliyinin Rusiya ilə əlaqəsi təsbit olunan xarici şirkətlərə sanksiya tətbiq edib.

Hafta.az-ın Euronews-a istinadən yazdığına görə, bu siyahıya qardaş ölkə Türkiyədən də şirkətlər var ki, onlar fəaliyyətləri baxımından üç ayrı kateqoriyada sanksiyaya məruz qalıblar.

Buna əsasən, məsələn, Karasani Xarici Ticarət Məhdud Şirkəti, Orel Xarici Ticarət Ltd. ABŞ mənşəli dəzgahlar, elektron sınaq avadanlığı istehsal etməklə Rusiyanın sənaye sektoruna dəstək verdikləri və Rusiyanın son istifadəçilərinə avadanlıq və dəzgah ehtiyat hissələri satdıqları üçün sanksiya siyahısına əlavə ediliblər.

Digər tərəfdən, ABŞ Ticarət Departamenti aşağıda adları sadalanan 11 təşkilatın "ABŞ xarici siyasətinə zidd davranışlar, o cümlədən Rusiyaya potensial əhəmiyyətli ABŞ mənşəli məhsulların tədarükü ilə məşğul olduqları üçün" siyahıya əlavə edildiyini bildirib:

Bion Group Daxili və Xarici Ticarət Məhdud ŞirkətiAlesta World Foreign Trade Ltd, Azu Beynəlxalq İnformasiya Texnologiyaları və Xarici Ticarət Məhdud Şirkəti, Həll Proqram Təminatı Təchizat Elektroniği İç Ve Dıs Tic A Ş, CTL Xarici Ticarət Məhdud Şirkəti, CTM Xarici Ticarət Ltd. Ltd., Ervacan Maşın Avadanlıqları və Sənaye Təchizatı Ltd., Kayı Bilişim Elektronik Enerji Madencilik ve Danışmanlık Ltd. Ltd., Megasan Elektronik Ticaret Ve Sanayi A.Ş., Smart Trading Taşımacılık San Ve Tic Ltd və Transeurope Bilişim Xarici Ticarət Limited Şirkəti.

Nazirlik bəyan edib ki, aşağıda adları çəkilən üç şirkət ABŞ-ın Rusiyaya tətbiq etdiyi ixrac nəzarətini açıq şəkildə pozaraq Rusiyaya ABŞ mənşəli mallar göndərdiyi üçün siyahıya əlavə edilib. Bunlar Miray Qlobal Sənaye və Ticarət, Ramses Turizm İdarəetmə Məsləhətçiliyi və Svista Turizm Ve Aviation Ltd Ştd-dir.

Həftənin əvvəlində Rusiyaya qarşı yeni sanksiyalar elan edən Avropa Birliyinin yeni sanksiya siyahısında Türkiyənin Antalyada yerləşən “Yıldız Çip Texnologiya Elektronika Elektrik Kompüter Materialları Ticarət Sənayesi Limited” şirkəti yer alıb.