Türk Qızılay tərəfindən Ukraynaya göndərilən növbəti humanitar yardım karvanı İstanbuldan yola düşərək, axşam saatlarında Bolqarıstan sərhədini keçib.
Hafta.az-ın yazdığına görə, qardaş Türkiyədən Azərbaycanın yaxın dostu olan Ukraynaya yola düşən, geyim, ərzaq və qışın bu soyuğunda insanlar üçün vacib olan odyallar, qızdırıcı vasitələr və sair yüklənmiş TIR karvanı indiyədək göndərilən ikinci partiyadır.
Bu arada, müharibənin başladığı ilk günlərdə Türkiyədən Ukraynaya ərzaq və digər zəruri məhsullar yüklənmiş 5 TIR-dan ibarət daha bir humanitar yardım karvanı göndərilmişdi.
Türk Qızılay Kırklareli Fəlakətlərə Müdaxilə bölməsinin rəisi Bilgəhan İzmirlioğlu deyib ki, mülki insanlar üçün humanitar yardım istəyən dost Ukraynanın Qızıl Xaç Cəmiyyətinə bu cür yardımlar mütəmadi şəkildə göndəriləcək.
"Artıq ilk göndərilmiş yardımın Ukraynada ehtiyaclı insanlara paylanılmasına başlanılıb. Mobil mətbəximizi də Ukraynaya göndərmişik. Kapıkulə və Hamzabəyli sərhəd-buraxılış qapılarındakı yeməkxanalarda da Ukraynadan gələn vətəndaşlarımıza xidmət göstərməkdəyik", - B.İzmirlioğlu deyib.