İraq Türkmən Cəbhəsi Kərkük Vilayət Şurasının üzvü Əhməd Rəmzi Köprülünün verdiyi açıqlamada, tərəflər arasında yerli idarəetmə forması ilə bağlı razılaşma olmadığı üçün vilayət şurasının ilk iclasını boykot etdiklərini bildirib.
Hafta.az-ın yazdığına görə, sessiyadan əvvəl tərəflər arasında danışıqların başlamasını istəyən Köprülü Kərkükdə bütün tərəflərin daxil olduğu bir idarə görmək istədiklərini bildirib.
Türkmən Vilayət Məclisinin üzvü Sevsən Əbdülvahid Cettu da Kərkük yerli idarəsinin ən qısa zamanda qurulmasının vacibliyini vurğulayıb.
Bu məclisin Kərkükə və Kərkük xalqına ən yaxşı xidməti göstərmək anlayışı ilə qurulduğunu vurğulayan Ceddu, "Bizim prioritetimiz Kərkükün və Kərkük xalqının maraqlarıdır. Sessiyanın danışıqlardan əvvəl keçirilməsi heç də müsbət deyil" deyib.
Mətbuata açıqlama verən Kürdüstan Vətənpərvərlər Birliyi Vilayət Şurasının üzvü Rebvar Taha türkmən və ərəb üzvlərin iştirak etməməsi səbəbindən iclasın baş tutmadığını bildirib. Taha növbəti sessiyanın bütün tərəflərin iştirakı ilə keçiriləcəyinə ümid etdiyini deyib.