Turkovacın Azərbaycanda klinik sınaqları keçirilə bilər

19:38 12.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstandan sonra ölkəyə qayıdan Türkiyə prezidentin köməkçisi Fuat Oktay yerli vaksin haqqında açıqlama verib.

Hafta.az-ın məlumatına görə, Fuat Oktay Turkovacın üçüncü klinik sınaq mərhələsinin Qırğızıstan Respublikasında həyata keçirilməsi ilə bağlı ölkə başçısı Sadır Japarov ilə razılığa gəlindiyini bildirib.

F.Oktay qeyd edib: "Peyvəndin kliniki sınaqlarının üçüncü mərhələsi ilə əlaqədar olaraq Pakistan, Azərbaycan, Argentina, Kolumbiya və Polşa daxil olmaqla bir çox ölkə ilə danışıqlar davam edir. TURKOVAC-ın bütün dünyada istifadə edilən vaksin kimi tanınması üçün lazımi addımlar atılmaqdadır", - deyə bildirib.